Rusiya NATO-nun sərhədləri yaxınlığında infrastruktur qurmasından və ittifaqın Moskvanın təkliflərini əsaslı şəkildə nəzərdən keçirməkdən imtina etməsindən narahatdır.

Unikal.org xarici KİV-ə istinadən  xəbər verir ki, bunu Rusiya Prezident Vladimir Putin Beynəlxalq təhlükəsizlik üzrə IX Moskva konfransının iştirakçılarına video-müraciətində deyib.

"NATO Rusiya sərhədləri yaxınlığında hərbi potensialını artırır. Ümid edirik ki, sağlam düşüncə və bizimlə konstruktiv münasibətləri inkişaf etdirmək istəyi sonunda üstünlük qazanacaq”, - Putin vurğulayıb.

Qeyd edək ki, konfrans 22-24 iyun tarixlərində Moskvada keçirilir.