ABŞ-ın Nyu-Meksika ştatında qandonduran cinayət hadisə baş verib.
Unikal.org xəbər verir ki, Coel Saenz adlı kişi arvadına təcavüz edən 51 yaşlı Ceyms Qarcianı "Apodoca" parkına kimi izləyib. Daha sonra o, avtomobildən düşən Ceymsə yaxınlaşaraq, yüksək səslə qışqırmağa başlayıb. Aralarında yaranan mübahisə ölümlə bitib. Belə ki, Coel Ceymsə boğazında bıçaq zərbəsi endirərək, onun öldürüb.
Hirsi bununla soymayan kişi Ceymsın başını kəsib və parkda hər kəsin gözü qarşısında təpikləyib. Qısa zamanda parka polis əməkdaşları cəlb olunub. Cinayəti törədən şəxs isə bölməyə aparılıb.
Onun barəsində qətimkan tədbiri seçilib.