Çexiyanın Brjeslav və Qodonin şəhərlərinin tornadoya məruz qalması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
Unikal.org xəbər verir ki, bu barədə Çexiya Radiosu məlumat yayıb.
Təbii fəlakət zonasında xilasetmə işləri davam etdirilir. Evlərin dağıntıları altında hələ də insanların olması ehtimalı var.
200-dək sakinin xəsarət aldığı bildirilir.