Türkiyənin Bingöl vilayətində 5.2 bal gücündə zəlzələ baş verib.
Unikal.org xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin bu gün yerli vaxtla 21:28-də qeydə alındığını açıqlayıb.
Zəlzələ yerin 15,51 kilometr dərinliyində baş verib. Yeraltı təkanların mərkəzi Bingölün Kiğli rayonu olub.
Dağıntı və itkilər barədə hələlik məlumat verilməyib.