Prezident İlham Əliyev Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ilə Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında bu il mayın 20-də Moskva şəhərində imzalanmış sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.
Unikal.org xəbər verir ki, fərmana əsasən, Agentlik onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi isə sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Hökumətinə bildiriş göndərməlidir.