Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 51 nəfər həyatını itirib.
Unikal.org-un xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 222 561 nəfər test edilib, onların 5266-nın koronavirus testi pozitiv nəticə verib, 7402 nəfər sağalıb. Koronaviruslu ağır xəstələrin sayı 733 nəfər olub. Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 49 524 nəfər ölüb.
Türkiyədə indiyədək 5 404 144 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 269 294 nəfəri müalicə olunaraq evə buraxılıb.