Rusiyalı milyarder və “Stroylesbank”ın ortaq sahibi Oleq Burlakov 72 yaşında koronavirusdan ölüb.
Unikal.org xəbər verir ki, bu barədə “Forbes” jurnalı tanış milyarderə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, Burlakov iyunun 23-də son bir neçə ildir yaşadığı Monakoda vəfat edib. Ölümündən az əvvəl Moskvaya qayıdıbmış. Bununla belə, ailə üzvləri bununla bağlı açıqlama verməyiblər.
Oleq Burlakov 2021-ci ilin məlumatına görə, Rusiyanın ən varlı adamlarının siyahısında 166-cı yerdəydi. Onun varidatı 650 milyon dollar qiymətləndiriir.