ABŞ-ın Albukerke şəhərində (Nyu-Meksiko ştatı) hava şarı elektrik xətti ilə toqquşub.

Unikal.org-un "TASS"a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 4 nəfər həlak olub, bir nəfər isə xəsarət alıb.

Məlumata əsasən, xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Bildirilir ki, hadisə yerində yanğınsöndürənlər və polis əməkdaşları işləyir.