Bakı-Qazax magistral yolunun Ucar rayonundan keçən hissəsində baş vermiş qəzada xəsarət alan azyaşlı xəstəxanada ölüb.

Unikal.org xəbər verir ki, ölən azyaşlı İlyas Elçin oğlu Cəlilovdur.

Qeyd edək ki, gecə saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonundan keçən hissəsində ağır yol qəzası baş verib. Elçin Cəlilovun idarə etdiyi "Opel" markalı minik maşını Qəbələ rayon sakini, 1972-ci il təvəllüdlü Hikmət Ağayevin idarə etdiyi "KamAZ" markalı yük maşınına çırpılıb.

Nəticədə sürücü E. Cəlilov ölüb. Onun 3 sərnişini - 2 yaşlı İlyas Elçin oğlu Cəlilov, 45 yaşlı Zaur Balay oğlu Xəlilov və 31 yaşlı Aysel Balay qızı Cəlilova aldıqları çoxsaylı xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.