Əfqanıstanda polis əməkdaşları minaya düşüb, ölənlər və yaralananlar var.

Unikal.org RİA “Novosti”yə istinadən xəbər verir ki, hadisə Əfqanıstanın şərqində, Qəzni şəhərində baş verib.

Yol kənarında iki mina partlayışı nəticəsində 4 polis əməkdaşı həlak olub, 3 nəfər isə yaralanıb.

Qəzni şəhərinin rayonlarından birinin polis rəisinin də öldüyü bildirilir.