***14:19

Xəzər rayonu, Binə qəsəbəsində nəm salfetlərin istehsal olunduğu sexdə yanğın başlayıb.

Bu barədə Unikal.org-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

O bildirib ki, yanğının qarşısının alınması üçün hadisə yerinə yanğınsöndürmə qüvvələri cəlb olunub.