Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan “BMW” markalı minik maşını yolu keçmək istəyən 1959-cu il təvəllüdlü Hökümə Ələkbərovanı vurub.

Qadın dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.