NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Gürcüstana səfəri başlayıb.
Unikal.org xəbər verir ki, o, üçgünlük səfər çərçivəsində bir sıra görüşlər keçirəcək.
Alyans rəsmisinin Gürcüstan prezidenti Salome Zurabişvili və baş nazir İrakli Qaribaşvili ilə də görüşü planlaşdırılıb.
C.Appaturay jurnalistlərə açıqlamasında bildirib ki, Gürcüstana səfəri NATO-nun xüsusi nümayəndəsi kimi son səfəridir: “Səfərimin məqsədi Gürcüstanın NATO ilə yaxınlaşmasına bir daha töhfə verməkdir”.