İyunun 22-dən bu yana təxminən 120 min rus turist Antalyaya səfər edib.
Unikal.org xəbər verir ki, bu barədə Antalya Şəhər Şurasının turizm üzrə işçi qrupunun rəhbəri Rəcəb Yavuz məlumat verib.
"Uçuş qadağasının qaldırılmasından 8 gün sonra 119.490 rusiyalı qonaq Antalyaya gəlib", - o qeyd edib. Rəcəb Yavuzun sözlərinə görə, ilin əvvəlindən bu yana Antalyaya 1,5 milyon turist gəlib.
Xatırladaq ki, aprelin 15-dən Rusiya ilə Türkiyə arasındakı uçuşlar qardaş ölkədəki əlverişsiz epidemioloji vəziyyət səbəbindən məhdudlaşdırılmışdı. 22 iyunda isə Rusiya uçuşlarla bağlı tətbiq olunan məhdudiyyətləri ləğv etdi.