Rusiya hökuməti iyulun 1-dən etibarən bu ölkəyə Azərbaycandan pomidor idxal etmək hüququna malik 11 müəssisənin siyahısını elan edib.

Unikal.org xəbər verir ki, bu müəssisələrin birgə video təftişlər nəticəsində və Qida Təhlükəsizliyi Agentliyinin zəmanətilə seçilən məhsul nümunələrinin fitosanitariya ekspertizasının yekunlarına görə müəyyənləşdirildiyi bildirilir.

Beləliklə, hazırda Rusiyaya ölkənin 152 müəssisəsi pomidor ixrac etmək hüququna malikdir.

2020-ci ilin 10 dekabr tarixindən Rusiya tərəfi Azərbaycan pomidor və almalarında müəyyən ziyanverici həşəratların mütəmadi olaraq aşkarlanmasını bildirərək həmin məhsulların ölkəmizdən idxalına müvəqqəti qadağa qoymuşdu.