Ukraynanın paytaxtı Kiyevdə Azərbaycan vətəndaşı saxlanılıb.

Unikal.org xəbər verir ki, Kiyev vilayət polisindən report-a verilən məlumata görə, həmin şəxs saxta sənəd gəzdirmək, dələduzluq və s. cinayət əməllərində ittiham olunur.

Azərbaycanın 2016-cı ildə beynəlxalq axtarışa verdiyi şəxsin 2018- ci ildən Ukraynada olduğu müəyyənləşib. Bu səbəbdən uzun müddətdir Ukrayna polisi tərəfindən axtarışa verilibmiş. Bu günlərdə Belaya Tserkov şəhərində saxlanılan azərbaycanlı barəsində məhkəmə həbs qətimkan tədbiri seçib.

Onun adı istintaq sirri olduğuna görə açıqlanmayıb.