İkinci Qarabağ müharibəsi zamanı ölmüş daha iki erməni hərbçinin meyitinin qalıqları tapılıb.

Unikal.org erməni KİV-lərinə istinadən xəbər verir ki, cəsədlər Hadrut, Cəbrayıl, Füzuli rayonları ərazisində aşkar edilib. Onların şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibb ekspertizası təyin ediləcək.

Xatırladaq ki, ikinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində - 13 noyabrdan bəri 1 590 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılıb.