Mərdəkan çimərliyi ərazisində dənizdə batma təhlükəsi ilə üzləşən bir nəfər xilas olunub.

Bu barədə Unikal.org-a FHN-dən bildirilib.

Məlumata görə, bu gün nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Mərdəkan sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.