Şəkidə intihar hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə rayonun Bideyiz kəndində qeydə alınıb.

Kənd sakini, 1959-cu il təvəllüdlü Cumay Həsən oğlu İbadullayevin meyiti yaşadığı evin həyətyanı sahəsindəki ağacdan asılı vəziyyətdə aşkar edilib. 5 övlad atası olan C. İbadullayevin hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.