Bakı şəhərinin Xətai rayonunda yerləşən “Bərpa” Tibb Mərkəzində yanğın olub.

Unikal.org xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri qeyd olunan ünvana cəlb edilib.

Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın nəticəsində tibb müəssisəsinə aid ümumi sahəsi 449  kvadrat metr olan binanın yanar konstruksiyaları 14 kvadrat metr sahədə yanıb. Yanğın zamanı iki xəstə qatı tüstü olan ərazidən təxliyyə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.