Bu gün axşam saatlarında Bakı-Ələt yolunda qəza baş verib.

Unikal.org xəbər verir ki, hadisə Ələt yolunun 17-ci kilometrliyində qeydə alınıb. Belə ki, sürətlə gələn avtomobil dərəyə aşıb. Yaralıların olduğu bildirilir. Qəza magistral yolda tıxaca səbəb olub. 

Faktla bağlı araşdırma aparılır.

Gülayə Mecid