Xəbər verdiyimiz kimi, Türkiyəyə gedən azərbaycanlı Elməddin Məmmədov üzmək üçün qayıqdan tullandığı Sazlıdərə Su Anbarında boğularaq ölüb.
2 saatlıq axtarışdan sonra 20 yaşlı E.Məmmədovun cansız bədəni tapılıb.
Unikal.org-un ailə yaxınlarından aldığı məlumata görə, Elməddin Məmmədov Türkiyəyə tətilə yox, iş üçün gedib.
Bildirilir ki, gəmidə Türkiyə mətbuatında göstərildiyi kimi E.Məmmədovdan başqa 2 nəfər yox, 8 nəfər olub.
2 nəfər hazıda İstanbuldakı polis bölmələrin birində saxlanılıb. Digər şəxslər isə hadisənin baş verdiyi ərazidən qaçıb.
Gülayə Mecid