Bakıdan Mingəçevirə hərəkət edən sərnişin avtobusu Yevlax rayonu ərazisində alovlanıb.

Unikal.org xəbər verir ki, Yevlax rayonunun Yuxarı Qarxun kəndində "Mercedes" markalı sərnişin avtobusunun mühərriki və salon hissəsi yanıb.

Avtobusun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.