Sumqayıtda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Unikal.org xəbər verir ki, hadisə şəhərin Koroğlu prospektində baş verib.

Hərəkətdə olan “VAZ 21099” markalı avtomobilin ön sol təkəri yerindən çıxaraq xiyabanda ağacları sulayan 1963-cü il təvəllüdlü Şəmayıl Səfərovaya dəyib.

Ağır bədən xəsarətləri alan 58 yaşlı qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.