Goranboyda 26 yaşlı oğlanı ilan vurub.

Unikal.org xəbər verir ki, hadisə Səfikürd kəndində baş verib. Kənddə qonaq olan 1995-ci il təvəllüdlü Rusiya vətəndaşı Nəsibov Vüqar Asif oğlunu həyətdə ayağından ilan sancıb.

Xəstəxanaya yerləşdirilən gəncə lazımi tibbi yardım göstərilib, vəziyyəti stabildir. Hazırda xəstəxana şəraitində müalicəsi davam edir (apa).