Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində su kanalında batan 2009-cu il təvəllüdlü İsmayılzadə Əziz Oqtay oğlunun axtarışları başa çatıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, Ə.İsmayılzadənin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

22:19

xxx

Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində 1 nəfər (şəxsiyyəti dəqiqləşdirilir) su kanalında batıb.

Unikal.org xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olub.

Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.