Niderlandın paytaxtı Amsterdamda naməlum şəxs Piter de Vries adlı jurnalistə atəş açaraq ağır yaralayıb.

Unikal.org xarici  KİV-ə istinadən xəbər verir ki, yaralı jurnalist xəstəxanaya çatdırılıb. Belə  ki, Telestudiyadan çıxan P.Vriesə cinayətkar 5 dəfə atəş açıb. Güllələrdən biri onun baş nahiyəsinə dəyib.

Hadisə  ilə bağlı polis araşdırmalara başlayıb.