İranda neft kəmərində partlayış baş verib.

Unikal.org xəbər verir ki, hadisə ölkənin Xuzistan əyalətinin Fəth əl-Mubin bölgəsinin Şuş kəndində qeydə alınıb. Partlayış nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Qeyd edək ki, hazırda hadisənin səbəbləri araşdırılır.