Yağıntılı hava şəraiti Gəncə şəhərində fəsadlar törədib.

Unikal.org xəbər verir ki, şəhərin Məhsəti qəsəbəsində bir neçə sakinin evinə və həyətinə sel suları dolub.

Qeyd edək ki, bu qəsəbədə dəfələrlə eyni fəsad yaranır. Sakinlərin sözlərinə görə, aidiyyəti orqanlara dəfələrlə müraciət edilməsinə baxmayaraq heç bir tədbir görülmür.

Hazırda Qərb bölgəsində yağıntılı hava şəraiti müşahidə olunur.(report.az)