Azərbaycan qazı Rumıniyaya artıq gələn ilin iyulunadək çatdırıla bilər.
Unikal.org-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Rumıniyanın energetika naziri Vircil Popesku məlumat verib.
Onun sözlərinə görə, qazın Rumıniyaya nəqli Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəmərinin (IGB) tikintisinin başa çatması ilə mümkün olacaq. Sonra isə Azərbaycan qazı "BRUA" kəməri ilə Rumıniyaya çatdıracaq.