Bu gün “Ölkə.Az” xəbər agentliyi yeddi yaşını qeyd edir.
Unikal.org xəbər verir ki, agentlik 2014-cü ildə aktiv media resurslarının siyahısına qatılıb. Fəaliyyətə başladığı ilk gündən etibarən kollektiv Azərbaycanın ictimai, siyasi, sosial, mədəni və digər həyatında olan ən son yenilikləri operativ şəkildə oxuculara çatdırmağa səy göstərir.
Saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazılar dərc olunmaqla bərabər, dünyada baş verən maraqlı xəbərlər də işıqlandırılır.