Müğənni Hande Yener bir ildir gizli saxladığı xəstəliyindən danışıb.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, müğənni bir il əvvəl ondakı dəyişikliyin süd vəzi xərçəngindən irəli gəldiyini açıqlayıb:
"Özümü yoxlayanda şübhələndim, xəstəxanaya getdim. Mənə süd vəzi xərçəngi diaqnozu qoyuldu. Öləcəyimi düşündüm. Erkən diaqnozun həyat qurtardığını onda öyrəndim.
Xərçəng olduğumu biləndə intihar edəcəyimi düşündülər. Həkimimlə danışdıqdan sonra motivasiyam dəyişdi. Bir an gəldi və təslim oldum, Allaha qovuşuram deyə, təsəlli tapdım".
Hande 7 saat əməliyyat keçirdiyini və xərçəngə qalib gəldiyini vurğulayıb.