Hindistanın Maharaştra əyalətinin paytaxtı Mumbayda baş verən torpaq sürüşməsi 25 nəfərin ölümünə səbəb olub.
Unikal.org xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti səlahiyyətli şəxslərə istinad edərək xəbər verir.
Qeyd edək ki, ANI agentliyi əvvəlcə Çembur ərazisindəki baş verən torpaq sürüşməsi nəticəsində gecəqonduların divarlarının çökməsi nəticəsində 17 nəfərin öldüyünü bildirib. Qəzet qeyd edir ki, sürüşməyə güclü yağışlar səbəb olub.