Müğənni Ebru Gündeş yay konsertlərinə başlayıb.
Unikal.org türk mediasına istinadən xəbər verir ki, sənətçi ötən həftə 3 gün Bodrumda səhnəyə çıxıb. Gündeşi dinləməyə gələn pərəstişkarları biletlərin qiymətinin bahalığına önəm verməyiblər.
Bir neçə dostun Ebrunun konserti üçün ödədiyi məbləğ sosial şəbəkədə müzakirələrə səbəb olub. 5 nəfər Gündeşi dinləmək üçün 22 min 500 lirəsindən (4500 manat) keçib. Sosial şəbəkə istifadəçiləri bunla pağlı paylaşımlara "Səsi qulağı, qiyməti cibi yandırır. Getdi könlümün əfəndisi" kimi şərhlər yazıblar.