Məşhur stilist Anar Ağakişiyev "Eurovision 2011" qalibi Nigar Camalla aralarında yaşanan qalmaqaldan bəhs edib.
Unikal.org xəbər verir ki, stilist "Ziq-zaq" proqramında ona ünvanlanan "Demişdiz, Nigar Camal üzr istəsə barışaram. Üzr istədi" sualına belə cavab verib:
"İstəməyib, heç ehtiyac da duymuram. Nigar Camal var? Tarixdə qaldı, özü demiş. Həyatım Nigar Camalsız da gözəldir. Hər günüm elə möhtəşəmdir ki, "N" hərfi geridə qalıb. İtirən mən yox, odur. Gördüz ki, Samirə Əfəndiyə türk ifaçılar dəstək çıxdı. Mənim sayəmdə oldu".