Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan parlamentdə “Ermənistan” fraksiyasına rəhbərlik edəcək.

Unikal.org  erməni KİV-lərə istinadən xəbər verir ki, sabiq prezident Robert Koçaryan və blokun başqa bir üzvü mandatdan imtina etdikdən sonra Ohanyan siyahıda 7-ci yeri tutub.

Koçaryanın lideri olduğu "Ermənistan" bloku iyunun 20-də keçirilən növbədənkənar parlament seçkilərində 29, baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası isə 71 mandat qazanıb.

Avqustun 2-də yeni tərkibdə parlamentin ilk iclası keçiriləcək.