Cari ilin ilk altı ayında icmal büdcənin gəlirləri 15328,9 mln. manat olub.
Unikal.org xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hazırladığı 2021-ci ilin ilk altı ayı ərzində dövlət büdcəsinin icrasına dair məlumatda deyilir
Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2958,3 mln. manat və ya 23,9 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 12752,4 mln. manat məbləğində icra olunub.
2021-ci il üzrə icmal büdcə 7335,3 mln. manat məbləğində kəsirlə proqnozlaşdırılsa da, cari ilin ilk altı ayında faktiki olaraq 2576,5 mln. manat büdcə artıqlığı (profisit) yaranıb.