"Qarabağ"ın sabiq futbolçusu İnnosent Emeqara karyerasını bitirdiyini açıqlayıb.
Unikal.org xəbər verir ki, bu barədə Nigeriya əsilli isveçrəli hücumçu feysbuk səhifəsində məlumat paylaşıb.
32 yaşlı forvard qərarını bu cür izah edib: "Uşaq vaxtı futbol mənim üçün hər şey idi. Heç nə düşünmədən hər gün oynayırdım. Amma yeni səhifə açmaq üçün karyeramı başa vurmalıyam. İndi anlayıram ki, bu qərarı vermək üçün daha böyük güc və cəsarət tələb olunur. Mənə karyeramı qurmaq, dünyanı gəzmək və müxtəlif ölkələrdən inanılmaz insanlarla qarşılaşmak fürsətini yaratdığı üçün Tanrıya minnətdaram".
Qeyd edək ki, İnnosent Emeqara 2014, həmçinin 2018 - 2019-cu illərdə "Qarabağ"ın formasını geyinib. O, Ağdam klubu ilə yanaşı, ölkəsində "Vintentur", "Qrasshopper", Fransada "Loryan", İtaliyada "Siena", "Liverno", ABŞ-da "San-Xose Ertveyks", Türkiyədə "Karagümrük" kimi komandaların da şərəfini qoruyub. Hücumçu İsveçrənin əsas millisində 9 oyun keçirib.