Almaniyanın “Bayer” (Leverkuzen) komandası heyətinə yeni futbolçu cəlb edib.
"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi Niderlandın “AZ Alkmaar” komandasından Ernest Pokunun keçidini reallaşdırıb.
21 yaşlı cinah oyunçusu ilə 2030-cu ilədək müqavilə imzalanıb.
“Bayer” niderlandlı futbolçu üçün qarşı tərəfə 12 milyon avro təzminat ödəyib.