Belçika millisinin futbolçusu Leandro Trossard bu yay İngiltərənin “Arsenal” komandasından ayrılacağını açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə 30 yaşlı vinger BBC Sport-a açıqlamasında deyib. Onun London klubu ilə hazırkı müqaviləsi 2026-cı ildə başa çatmalıdır.

Futbolçu 2023-cü ildən Premyer Liqa təmsilçisində çıxış edir.

Qeyd edək ki, Leandro Trossard “Arsenal”ın heyətində 124 oyunda 28 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.