ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin oktyabr müqaviləsinin dəyəri 0,8% azalaraq 1 barelə görə 74,5 dollar təşkil edib.

Unikal.org-un məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,73% azalaraq 73,08 dollar təşkil edib.