Ötən gün Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin səhhətinin pisləşdiyi və xaricə aparıldığı ilə bağlı məlumatlar yayılıb.
Sözügedən məsələ ilə bağlı Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova Unikal.org-a açıqlamasında bildirib ki, hazırda Hafiz Hacıyevin səhhəti yaxşıdır:
"Hafiz müəllimin səhhətində ciddi problem yoxdur. O, qısa müddətə Vətənə geri dönəcək. Mən 2 cümlədən ibarət olan bir rəy yazmışdım, onu böyük bir ajiotaja çeviriblər. Narahat olanlara təşəkkür edirik".
Murad İbrahimli