Dünya koronavirusla mübarizədə peyvəndlənmə işlərini sürətlə davam etdirərkən, Almaniyadan gələn xəbərlər hər kəsi təəccübləndirib.
Unikal.org xəbər verir ki, Almaniyada adı açıqlanmayan özəl xəstəxanaların birində tibb bacısı 8600 nəfərə vaksin yerinə duzlu su vurub. Məlum olub ki, tibb bacısı əksəriyyəti yaşlı olan insanlara koronavirus peyvəndi vurmayıb. Onun əvəzinə duzlu su vuraraq, qeydiyyata alıb. Çox keçməyib ki, tibb bacısını riyakarlığı ortaya çıxıb.
Bundan sonra Alman səhiyyəsi həmin insanlardan üzr istəyərək, məsələnin araşdırılacağını bildirib. Həmçinin də, duzlu su vurduran şəxslər yenidən peyvənd edilməyə çağırılıb.
Gülayə Mecid