Türkiyənin Kastamonu, Sinop və Bartın vilayətində meydana gələn sel fəlakəti zamanı həlak olanların sayı 17-yə çatıb.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

"Sel bölgəsində qalan vətəndaşlarımızı xilas, qismən, yaxud tamam qapanan yolları bərpa etmək və selin vurduğu zərəri ödəmək üçün aidiyyatı qurumlarla birgə gecə-gündüz çalışacağıq",- Ərdoğan yazdığı tvitdə bildirib.
Ölkədə baş verən təbii fəlakətlər səbəbindən Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının yaradılmasının 20-ci il dönümü münasibətilə avqustun 14-ü keçirilməsi nəzərdə tutulan tədbirlər təxirə salınıb.