Rusiyanın Voronej şəhərinin mərkəzində “PAZ” markalı avtobusda qaz balonu partlayıb.

Unikal.org TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 12 nəfər sərnişin yaralanıb.

Ermənistanda COVID-19-a yoluxanların sayı 229 370-ə çatıb
Rusiyada son sutkada COVID-19-dan 799 nəfər ölüb
Rusiyada son sutkada 21 932 nəfər koronavirusa yoluxub, 808 nəfər ölüb
Şəhər Təcili yardım stansiyasından verilən məlumata görə, yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 2 nəfəri yanıq şöbəsində köçürülüb. Üç nəfərin vəziyyətinin ağır olduğu bildirilib. Bir qadın sərnişinin isə ayağı amputasiya olunub.

Partlayış nəticəsində avtobus tamamilə yanıb, yanğın söndürülüb.

Aidiyyəti xidmətlər hadisə yerinə cəlb edilib.

Qəzanın başvermə səbəbi araşdırılır.