Ermənistanda daha 397 nəfər COVID-19-a yoluxub.

Unikal.org xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 233 797-yə çatıb. Son sutkada koronavirusdan 9 nəfər ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4 678-ə yüksəlib.

Koronavirusa yoluxan 222 183 nəfər sağalıb. Hazırda 5 805 pasiyent müalicə olunur.