Mustafa Kamal Atatürkə aid olan əsa hərraca çıxarılıb.  

Unikal.org xəbər verir ki, 1932-ci ildə Şah Rıza Pəhləvi tərəfindən Mustafa Kamal Atatürkə hədiyyə olaraq hazırlanmış 92 santimetr uzunluğunda olan əsa  auksion evində  satışa qoyulub. 

Belə  ki, Atatürk təsvirinin yanında Şah Rıza Pəhləvi, Cəmşid, Keykavus və Behmen kimi liderlərin təsvirlərini özündə cəmləşdirən əsanın gəliri Türk Təhsil Vəqfinə bağışlanacaq.

Auksionu təşkil edən Hüseyin Kocabaş, hərraca çıxarılan əsasının ən dəyərli  və seçilən bir sənət əsəri olduğunu vurğulayıb. Qeyd edək ki,  satışın qiyməti açıqlanmayıb. 

Gülayə Mecid