ABŞ Milli Aviasiya və Kosmos İdarəsinin (NASA) "Spitzer" teleskopu, "Cepheus"(Çefey-red.) bürcündə yerləşən "IC 1396A" qalaktikasının fotoşəkilini çəkib.

Unikal.org xəbər verir ki, bu barədə Ceyms Veb adına rəsədxananın "Twitter"ində məlumat yayılıb.

"Dünya Fillər Günü münasibətilə (12 avqust - red.) "IC 1396A"-nın şəklini çəkdik", - məlumatda bildirilir. Rəsədxana paylaşımında onu da qeyd edib ki, bu filə bənzər obyekt "Spitzer" kosmik teleskopu tərəfindən infraqırmızı şüalarla çəkilib.