Türkiyədə dəhşətli cinayət hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, Ankarada yaşayan qohumunu ziyarətə gələn kişi illər öncə sevdiyi qadının evində olub. Belə ki, qadın ona evi tərk etməsini bildirsə də, 30 yaşlı kişi buna razı olmayıb. Onlar arasında mübahisə yaşanıb. Bu zaman kişi qadını 2 aylıq körpəsinin yanında 28 dəfə bıçaqlayaraq, qətlə yetirib.
Qısa zamanda cani şəxs saxlanılıb. Onun barəsində qətimkan tədbiri seçilib. Kişi "Onu canavarcasına öldürdüm",- deyə cinayəti etiarf edib. Məhkəməyə göndərilən 30 yaşlı kişi ömürlük həbs cəzasına məhkum olunub.