Rusiya xarici işlər naziri Sergey Lavrov Əfqanıstanda baş verən son hadisələrlə bağlı açıqlamalar verib.

Unikal.org xəbər verir ki,  bu barədə nazir Rostov vilayətinin Sambek kəndində sakinlərlə görüş zamanı jurnalistlərin suallarını cavablayıb. Belə ki, Lavrov, "Taliban" ın sürətlə irəlilədiyi Əfqanıstanda vəziyyətin "pis" olduğunu və danışıqlar prosesinin yenidən başlayacağını söyləyib. 

"Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qəbul etdiyi proseslərin tərəfdarıyıq. Təəssüf ki, proseslər yavaşladı. Əfqanıstan hökuməti iki il ərzində danışıqların bərpası ilə maraqlanmadı. Təəssüf ki, "Taliban" ölkədəki vəziyyəti hərbi yolla həll etmək qərarına gəldi. Əfqanıstan mövzusunda danışıqlar prosesinin yenidən başlamasına ehtiyac var. Əfqanıstandakı vəziyyətin Orta Asiya bölgəsinə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatımızın ərazisinə keçə biləcəyindən narahatıq".

 Gülayə Mecid